Xəzər Xəbər

Yanacaq daşıyan altı yük maşını alova büründü

Dünya | 16:03 • 28 İyul 2020
Yanacaq daşıyan altı yük maşını alova büründü

İranın Kirmanşah əyalətində yanacaq daşıyan altı yük maşını yanıb.

"İnterfaks” agentliyi xəbər verir ki, hadisə nəticəsində ölən olmasa da, çoxlu sayda şəxs xəsarət alıb.

Qeyd olunur ki, partlayış yük maşınlarından birində baş verib, sonra isə sürətlə digər yanacaq çənləri daşıyan avtomobillərə keçib.

Alovun söndürülməsinə 100-ə yaxın yanğınsöndürən texnika cəlb olunub.

İnsidentin səbəbləri araşdırılır.


Xəbər lenti