Xəzər Xəbər

Türkiyə və Rusiya arasında uçuşlar bərpa edilir

Dünya | 16:08 • 15 İyul 2020
Türkiyə və Rusiya arasında uçuşlar bərpa edilir

Ankara və Moskva koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində dayandırılan aviasiya əlaqəsini bərpa etmək barədə razılığa gəlib.


Anadolu informasiya agentliyi uçuşların iyulun 15-də başlayacağı barədə məlumat yaysa da, Türkiyə Nəqliyyat Nazirliyi reyslərin dəqiq bərpa tarixini açıqlamayıb.


"Təyyarələrin nə vaxt uçacağı məlum deyil. Bu barədə aviasiya daşıyıcıları öz aralarında razılaşır”, - deyə nazirlikdən bildiriblər.


"Turkish Airlines” aviakompaniyası isə öz növbəsində iyulun 15-də ölkələr arasında aviasiya reyslərinin nəzərdə tutulmadığını qeyd edib. Aviakompaniyanın məlumatına görə, onlar nazirliyin qərarını gözləyirlər, uçuşlar təqvim və reyslərin sayı müəyyən olunduqdan sonra başlayacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti