Xəzər Xəbər

Putin Makronla görüşəcək

Dünya | 16:38 • 25 İyun 2020
Putin Makronla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, görüş videokonfrans yolu ilə baş tutacaq.

Görüşdə ikili münasibətlər, Liviya, Suriya və Ukraynadakı vəziyyət müzakirə olunacaq.

Xəbər lenti