Rumıniya vətəndaşı Dumitru Komanesku 111 yaş 7 aylıq ömrü ilə Ginnesin Rekordlar Kitabı tərəfindən planetin ən yaşlı kişi sakini statusuna layiq görülüb.
Bu, 112 yaşında britaniyalı Bob Veytonun ölümündən sonra baş verib.
Dumitru Komanesku 1908-ci il noyabrın 8-də Praxova rayonunun Provitsa de Jos bölgəsində anadan olub. Hazırda Buxarestdə yaşayan Dumitru mühəndis-aqronomdur.