Xəzər Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır

Dünya | 11:43 • 24 May 2020
Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır

Ermənistanda daha 359 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 6 661-ə yüksəlib.


Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 81-ə çatıb.


Bildirilib ki, indiyədək 3 064 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 483 aktiv koronavirus xəstəsi var.


Xəbər lenti