Xəzər Xəbər

Koronavirusa yoluxan Baş nazirdən xəbər var

Dünya | 14:36 • 7 Aprel 2020
Koronavirusa yoluxan

Koronavirusa yoluxan Böyük Britaniyanın Baş naziri Boris Consonun müalicəsi intensiv terapiya palatasında davam edir.

Baş nazirin süni tənəffüs aparatına qoşulmadığı bildirilir.

Baş nazirin müavini Maykl Qov BBC-yə verdiyi açıqlamada bazar günü xəstəxanaya test üçün aparıldıqdan sonra Consonun vəziyyətinin ağırlaşdığını deyib. Əlavə edib ki, ona oksigen balonu ilə tənəffüs dəstəyi verilir.

Baş nazirin sətəlcəm olub-olmadığı isə bilinmir.

Hazırda onun səlahiyyətlərini Xarici İşlər naziri Dominik Raab idarə edir.

Qeyd edək ki, Boris Consonda qızdırma və öskürək simptomları vardı. 27 martda ona tətbiq edilən testdə koronavirus aşkarlanmışdı. 55 yaşlı baş nazirin hamilə nişanlısı Kerri Simonds da 4 apreldə sosial mediada yayımladığı videoda COVID-19 simptomları daşıdığını bildirmişdi./publika.az

Xəbər lenti