Litvada son sutka ərzində koronavirusa yoluxanların sayı 25 nəfər artaraq 299-a çatıb.
Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 4320 nəfər müayinə olunub. Son sutka ərzində koronavirusla bağlı götürülən 849 nəfərin analizinin 25-nin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 4 ölüm hadisəsi qeydə alınıb.