Xəzər Xəbər

İranda mollanın koronavirusdan müalicə etmək istədiyi xəstə öldü

Dünya | 10:33 • 25 Mart 2020
İranda mollanın koronavirusdan müalicə etmək istədiyi xəstə öldü

İranın Bəndər-Ənzəli şəhərində molla xəstəxanada koronavirusdan müalicə alan şəxslərdən birinin palatasına daxil olaraq, ona "möcüzəli müsəlman dərmanı” təklif edib.

"IRNA” xəbər verir ki, molla xəstəyə həkimlərin ona kömək edə bilmədiyini bildirib.

Koronavirusa yoluxan gənc razılıq verəndən sonramolla onun maskasını çıxarıb və üzünə ətirli maye çəkib.

Nəticədə gənc üç gündən sonra dünyasını dəyişib.

Hazırda şəhər prokurorluğumollanı həbs etmək üçün xüsusi order verilməsi barədə hökumətə müraciət edib.

Xəbər lenti