Xəzər Xəbər

Fransada koronavirusdan ölənlərin sayı 1100-ə çatıb

Dünya | 08:24 • 25 Mart 2020
Fransada koronavirusdan ölənlərin sayı 1100-ə çatıb

Fransada ciddi və sürətlə yayılan koronavirus epidemiyasından ölənlərin sayı 1100-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, son 24 saat ərzində ölənlərin sayı 240 olub.

Ümumilikdə koronavirusa yoluxanların sayı 22 min 300-dür. Səhiyyə baş direktoru Jerom Salomon deyib ki, bu görünməmiş, ağır və sürətlə yayılan epidemiyadır.

Fransa Prezidenti Emmanüel Makron yeni təsis olunan Tədqiqat və Ekspertiza Təhlilləri Komitəsinin üzvlərini toplayıb. Bildirilib ki, 12 tədqiqatçı və həkimdən ibarət yeni komitə koronavirusa qarşı testlərə və müalicəyə dair hökumətə məsləhət vermək üçün yaradılıb. Yeni Komitə ölkədəki karantin müddətinin uzadılmasının zəruri olduğunu bildirib.

Səhiyyə naziri Olivye Veran qeyd edib ki, karantin müddətinin ən azı 6 həftə davam edəcəyi hesab olunur, ancaq bu müddət vəziyyətdən asılı olaraq dəyişə bilər.

Xatırladaq ki, Fransada koronavirus epidemiyasının pik nöqtəsi cari həftənin sonu, gələn həftənin əvvəllərinə təxmin edilir.

Xəbər lenti