Xəzər Xəbər

Səhiyyə Nazirliyi gündə 20 min insanı... Baş nazirdən KRİTİK PROQNOZ

Dünya | 14:23 • 22 Mart 2020
Səhiyyə Nazirliyi gündə 20 min insanı...

İsraildə yeni tip koronavirusdan (Kovid-19) ölənlərin sayı on minlərə çata bilər.

Bunu ölkənin Baş naziri Benyamin Netanyahu deyib.

"Kanal 12” telekanalına açıqlama verən Netanyahu bildirib ki, gələcəkdə xəstəliyə tutulanlar arasındakı ölüm faizi 2-4% arta bilər: "Kimsə işlərin hansı nöqtəyə gələcəyini bilmir. Səhiyyə Nazirliyi növbəti günlərdə gündə 20 min insandan koronavirus analizi götürə bilər”.

Qeyd edək ki, İsrailin Səhiyyə Nazirliyi ölkədə 883 Kovid-19 xəstəsi olduğunu açıqlamışdı. Ölüm faktı isə 1 dəfə qeydə alınıb./Publika.az

Xəbər lenti