Xəzər Xəbər

Ruhanidən sensasiyalı açıqlama: "İranda bu tarixdən dərslər başlaya bilər"

Dünya | 15:40 • 21 Mart 2020
Ruhanidən sensasiyalı açıqlama:

"Xəstəxanalardakı tünlüyü azaltmağı düşünürük. Durumu ağır olmayan xəstələr üçün ən yaxşı müalicə yeri xəstəxana yox, evdir".

Bu sözləri İran Prezidenti Həsən Ruhani Tehranda Koronavirusla Mübarizə Şurasının bu günkü toplantısnda deyib.

O, hazırda virusa yoluxan və ölənlərin sayını azaltmağı əsas hədəf götürdüklərini deyib.

Həsən Ruhani işlərin planlı şəkildə getdiyi təqdirdə ölkə miqyasında elektron tədrisə keçmiş təhsil müəssisələrinin iki həftə sonra açıla biləcəyini bəyan edib: "Vəziyyət yaxşı olarsa, Novruz tətilindən sonra, aprelin 4-də təhsil müəssisələri təkrar fəaliyyətə başlaya bilər"./teleqraf

Xəbər lenti