Xəzər Xəbər

Tramp amerikalı hərbçilərin Əfqanıstandan çıxması üçün şərtini AÇIQLADI

Dünya | 12:53 • 29 Fevral 2020
Tramp amerikalı hərbçilərin

"Əfqanıstan hökuməti və Taliban qruplaşması öhdəlikləri yerinə yetirərsə amerikalı hərbçilər bölgəni tərk edəcək”.

ABŞ prezidenti Donald Tramp belə bəyanatla çıxış edib. O bildirib ki, proseslər plan üzrə gedərsə, Əfqanıstanda toqquşmalar başa çatacaq.

"Ağ ev” rəhbərinin sözlərinə görə, yaxın günlərdə Talibanla sülh sazişi imzalanacaq. Tramp imzalanma mərasimində Dövlət katibi Mayk Pompeonun da iştirak edəcəyini bildirib./publika.az

Xəbər lenti