Xəzər Xəbər

Bu ölkədə müsəlmanlar amansızlıqla öldürülür

Dünya | 10:43 • 27 Fevral 2020
Bu ölkədə müsəlmanlar amansızlıqla öldürülür

Hindistanda davam edən toqquşmalar zamanı son bir həftə ərzində 20-dən çox insan həyatını itirib. Yüzlərlə yaralı var.

Yerli mənbələr ölənlərin əksəriyyətinin müsəlmanlar olduğunu yazır. Polis çox sayda etirazçını həbs edib.

Qeyd edək ki, Hindistanda "vətəndaşlıq qanunu”na qarşı uzun müddətdir etirazlar keçirilir. Sənədə görə Pakistan, Əfqanıstan və Banqladeşdən gələn müsəlmanlara vətəndaşlıq verilə bilməz. Sənədin qəbulundan sonra müsəlmanlar etiraz aksiyalarına başlayıb. Ardınca sənədi dəstəkləyən əsasən hindulardan ibarət qruplar da küçələrə çıxıb.

Nəticədə tərəflər arasında şiddətli toqquşmalar qaçılmaz olub. Hindular müsəlmanların evlərinə və iş yerlərinə hücumlar edərək, dağıntılar törədir./publika.az

Xəbər lenti