Xəzər Xəbər

Ermənistan Şəhərsalma Komitəsinin sədri həbs olunub

Dünya | 14:04 • 10 Fevral 2020
Ermənistan Şəhərsalma Komitəsinin sədri həbs olunub

Ermənistan Şəhərsalma Komitəsinin sədri Vaahn Vermişyan həbs olunub.


Xezerxeber.az-ın "Armenpress”ə istinadən verdiyi məlumata görə, o, külli miqdarda rüşvət almaqda təqsirləndirilir.


Ermənistan Milli Təhlükəsizlik Xidməti V. Vermişyanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, müxtəlif vaxtlarla müxtəlif məbləğlərlə külli miqdarda rüşvət aldığı barədə faktlar açıqlayıb.

O, keçirilən əməliyyat nəticəsində fevralın 5-də saxlanılıb.

Daha sonra məhkəmə V. Vermişyan barəsində həbs qərarı çıxarıb.

Xəbər lenti