Xəzər Xəbər

Öhdəlik götürdük, onları Liviyaya göndərməyəcəyik

Dünya | 17:48 • 23 Yanvar 2020
Öhdəlik götürdük, onları Liviyaya göndərməyəcəyik

Ankara Liviyaya hərbi müşavirlərini bu ölkədə atəşkəsə əməl olunana qədər göndərməyəcək.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Biz hamımız razılaşmışıq ki, atəşkəsə əməl olunana qədər heç kim qonşu ölkələrdən əlavə müşavirlərini, qoşunlarını və ya muzdlularını Liviyaya göndərməyəcək. Liviya üzrə Berlin konfransında iştirak edən bütün ölkələr üzərlərinə öhdəlik götürüblər”, – deyə o bildirib./axar.az

Xəbər lenti