İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Davosda (İsveçrə) keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirakdan imtina edib.
XəzərXəbər Axar.azxəbər verir ki, bu barədə forumun prezidenti deyib.
O bildirib ki, İran tərəfinin qərarı regionda baş verən son hadisələrlə bağlı olub.
Qeyd edək ki, Davos forumu yanvarın 21-dən 24-dək keçiriləcək.