Xəzər Xəbər

Məktəbli avtobusu qatarla toqquşdu

Dünya | 10:25 • 16 Dekabr 2019
Məktəbli avtobusu qatarla toqquşdu

Serbiyanın cənubunda qatar sərnişin avtobusu ilə toqquşub.

Toqquşma zamanı 3 nəfər həlak olub, 22-si ağır yaralanıb.

Yerli polisin məlumatına əsasən, hadisə səhər saat 06:30-da Niş şəhəri yaxınlığında baş verib. Qatar məktəb avtobusuna dəyərək onu iki yerə parçalayıb. Xəstəxanaya yerləşdirilən 22 yaralının 21-i uşaqdır. Həkimlərin qənaətinə görə, yaralılardan 6-sının vəziyyəti ağırdır./publika.az

Xəbər lenti