İraqın Nəcəf şəhərindəki İran konsulluğunun binası yenidən yandırılıb.
Bu barədə İraq mediası məlumat yayıb.
Bununla da konsulluq binası 3-cü dəfə etirazçıların qəzəbinə tuş gəlib.
Qeyd edək ki, ölkədə korrupsiya, işsizlik və ictimai xidmətlərin çatışmazlığına görə baş qaldıran və 2 aydır səngiməyən etiraz aksiyalarında iğtişaşçılar İraq üzərindəki hərbi və siyasi hegemonluğa görə İranı hədəf alıb. Onlar İranı ölkədə məzhəbçiliyi yaymaqda ittiham edir./publika.az