Xəzər Xəbər

Meksikada narkokartellə polis arasında atışma - 21 ölü

Dünya | 11:30 • 2 Dekabr 2019
Meksikada narkokartellə polis arasında atışma - 21 ölü

Meksikanın Koauila ştatında "Şimal-şərq karteli” cinayətkarlar dəstəsinin üzvləri ilə bələdiyyə polisi arasında baş verən silahlı insidentdə 21 nəfər həlak olub.

Bu barədə "Reuters” məlumat yayıb.

Qeyd edilib ki, atışma Vil-Yunion bələdiyyəsinin ərazində qeydə alınıb. Belə ki, silahlı şəxslər yaşayış məntəqəsinə daxil olaraq meriyanın binasına hücum etmək istəyiblər.

Nəticədə narkokartelin 10 silahlısı öldürülüb. Daha sonra hadisə yerindən qaçan 7 cinayətkar zərərsizləşdirilib.

Atışmada dörd polis ölüb, hüquq mühafizə orqanlarının 6 əməkdaşı güllə yarası alıb.

Polisə hücumda iştirak edən narkokartel üzvlərinin dəqiq sayı hələ məlum deyil./report

Xəbər lenti