Xəzər Xəbər

Lotereyadan 13,2 milyon dollar qazandı Planetin ən şanslı sakini kimdir?

Dünya | 09:59 • 2 Dekabr 2019
Lotereyadan 13,2 milyon dollar qazandı

Kanadada 17,6 milyon Kanada dolları (13,2 milyon ABŞ dolları) məbləğində "49-dan 6" milli lotereyasının cekpotu oynanılıb.

Bu barədə "OLG" şirkətinin nümayəndələri bildirib.

Təşkilatçılar bildiriblər: "Düşən nömrələr 1, 8, 18, 24, 30 və 45-dir. Bonus nömrəsi 13-dür".

Hal-hazırda məlumdur ki, şanslı bilet Ontario vilayətində satılıb.

Bundan əlavə, 1 milyon dollar (760 min dollar) məbləğində təsəlli edici mükafat da oynanılıb. Həmin mükafatı Britaniya Kolumbiya vilayətinin sakini qazanıb./publika.az

Xəbər lenti