Xəzər Xəbər

Ukraynada soydaşımız Baş prokurorun müavini təyin edilib

Dünya | 09:07 • 19 Oktyabr 2019
Ukraynada soydaşımız Baş prokurorun müavini təyin edilib

Ukraynada soydaşımız Baş prokurorun müavini təyin edilib.


Xezerxeber.az xəbər verir ki, Baş prokuror Ruslan Ryaboşka imzaladığı əmrlə Gündüz Məmmədovu özünə müavini təyin edib. Ata yurdu Gəncə şəhərindən olan G.Məmmədov 2016-cı ilin avqust ayından Krım Muxtar Respublikasının prokuroru vəzifəsində çalışırdı.


Qeyd edək ki, G.Məmmədov İ.İMeçnikova adına Odessa Dövlət Universitetini bitirib. Müxtəlif illərdə Odessa, Kiyev və Dneprin prokurorluq orqanlarında çalışıb.

Xəbər lenti