Xəzər Xəbər

Çavuşoğlu: “Müttəfiqlərimizin bizimlə həmrəy olmasını istəyirik”

Dünya | 14:02 • 11 Oktyabr 2019
Çavuşoğlu: “Müttəfiqlərimizin bizimlə həmrəy olmasını istəyirik”

"NATO-nun baş katibi Yens Stoltenberqi Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar barədə məlumatlandırmışıq”.


Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyədə səfərdə olan NATO baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.


Ölkəsinin terrorizmə qarşı ardıcıl və qətiyyətli şəkildə mübarizə apardığını vurğulayan M. Çavuşoğlu qeyd edib ki, müttəfiqlərinin bu məsələdə Türkiyə ilə həmrəylik nümayiş etdirməsini istəməkləri onların ən təbii haqqıdır. "Türkiyənin təhlükəsizliklə bağlı müəyyən qayğıları var” – demək bəs etmir. Biz bu həmrəyliyi konkret şəkildə hiss etmək istəyirik”.

Xəbər lenti