Xəzər Xəbər

Lukaşenko Şərqlə Qərb arasında qarşıdurmanın güclənməsindən narahatdır

Dünya | 15:56 • 8 Oktyabr 2019
Lukaşenko Şərqlə Qərb arasında qarşıdurmanın güclənməsindən narahatdır

Belarus Prezidenti Aleksandr Lukaşenko Şərqlə Qərb arasındakı inamsızlıq və qarşıdurma səviyyəsinin yüksək həddə çatmasından narahatdır.


AZƏRTAC BelTA agentliyinə istinadla xəbər verir ki, A.Lukaşenko Minskdə keçirilən beynəlxalq konfransda Rusiya və NATO-nun cəmi bir neçə dəqiqəyə hətta nüvə müharibəsinə də gedə biləcəyini qeyd edib.


"Şərq və Qərb arasındakı etimadsızlıq və qarşıdurma həddi bizi narahat edir. Hər iki tərəfin mütəxəssisləri artıq qorxunc mənzərəni ifadə edirlər”, - deyə A.Lukaşenko bildirib.


Belarus Prezidenti etiraf edib ki, böyük dövlətlərin bir-birinə inamsız yanaşmalarının səbəbləri var.


"Keçmişdə bir-birilərinə qarşı etimadsızlıq və hətta təcavüzkar hərəkətlər gələcək üçün problemlər yaradıb. İdeal olaraq əməkdaşlığa əsaslanan Avropa təhlükəsizlik konsepsiyasına qayıtmalıyıq”, - deyə A.Lukaşenko vurğulayıb.

Xəbər lenti