Xəzər Xəbər

Kosovanı müstəqil edən partiya seçkini uduzdu

Dünya | 11:23 • 7 Oktyabr 2019
Kosovanı müstəqil edən partiya seçkini uduzdu

Kosovanın son 10 ildə hakim partiyası olan Demokratik Partiya yerli parlament seçkisində məğlub olub.

96% seçki məntəqəsindəki səslərin hesablanmasından sonra seçkidə qələbəni Müqəddəratını Təyinetmə radikal hərəkatı əldə edib. Belə ki, hərəkat səslərin 25,77%-ni əldə edib. Ondan sonrakı yerdə reformist Demokratik İttifaq Partiyası (25,05%) yer alıb.

Kosovaya uzun illər rəhbərlik edən Demokratik Partiya isə 21,16% səs toplayaraq, antirekord vurub.

Qeyd edək ki, Demokratik Partiya 2007-ci ildə Kosovanın müstəqilliyini elan edən partiya olub./axar.az

Xəbər lenti