Xəzər Xəbər

Konte Rusiyanın G8-ə qaytarılmasını təklif etdi

Dünya | 10:29 • 7 Oktyabr 2019
Konte Rusiyanın G8-ə qaytarılmasını təklif etdi

İtaliyanın baş naziri Cuzeppe Konte geosiyasi problemlərin daha effektiv həlli məqsədi ilə Rusiyanın iştirakıyla G8-in ("Böyük səkkizlik”) bərpasını təklif edib.

Baş nazir təklifi "The Washington Post” qəzetinə müsahibəsində səsləndirib.

Qeyd edək ki, avqustda ABŞ prezidenti Donald Tramp Rusiyanın G8-ə qayıtması təklifi ilə çıxış edib. Tramp bildirib ki, Rusiyanın G8-ə qaytarılmasına etiraz etməyəcək. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, G8-ə qayıdış Moskva üçün məqsəd deyil.

Xatırladaq ki, 2014-cü ildə Krımın ilhaqı və Donbas münaqişəsindən sonra Rusiya G8-dən çıxarılıb./publika.az

Xəbər lenti