Xəzər Xəbər

Daşkənddə dünyada ilk təxliyə muzeyi açıla bilər

Dünya | 10:14 • 5 Oktyabr 2019
Daşkənddə dünyada ilk təxliyə muzeyi açıla bilər

Postsovet məkanında təkcə Böyük Vətən müharibəsinə yox, həm də iri döyüşlərə, qəhrəmanlara, hərbi birləşmələrə, tarixin müxtəlif dövrlərinə həsr edilən muzeylər az deyil.


Ladoj gölünün sahilində mühasirədə olan Leninqrad sakinlərini ərzaqla təmin edən və arxa cəbhəyə 1,1 milyon insanın təxliyə olunmaqla həyatını xilas edən Həyat Yolu muzeyi açılıb. Kronştadtda Tallinn irəliləyişinin - 1941-ci ilin avqustunda Baltik donanmasının qoşunlarla və mülki əhali ilə birgə təxliyəsinin iştirakçılarının xatirəsinə ehtiram əlaməti olaraq muzey yaradılır. Lakin müharibə dövründə 20,4 milyon qaçqının, 2700-dən artıq müəssisənin, SSRİ xalqlarının ümumi Qələbəsi üçün ölkənin sənaye, elmi, yaradıcı potensialını qoruyub saxlayan təxliyə mövzusunda indiyədək xüsusi muzey yoxdur.


2019-cu ilin martında Daşkəndə təxliyə olunan insanların nəsilləri müharibə illərində 1,5 milyon qaçqını, Leninqrad konservatoriyasını, "Lenkom” Moskva teatrını, Odessa kinostudiyasını, tanınmış mədəniyyət xadimləri – A.Axmatova, A.Tolstoy, K.Çukovski, İ.Qrabar, S.Gerasimov, İ.Heyfitsa, F.Ranevskaya və digərlərini qəbul edən Özbəkistan paytaxtında belə memorial müəssisənin açılması təşəbbüsü ilə çıxış ediblər.


AZƏRTAC bu barədə "Podrobno.uz” xəbər agentliyinə istinadla xəbər verir.


Bu təklif faşizm üzərində Qələbinin 75 illiyinin astanasında Daşkənddə keçirilən "Eşelonlar şərqə gedir. Böyük Vətən müharibəsi illərində Özbəkistana təxliyə” adlı beynəlxalq elmi konfransda yenidən səsləndirilib və alimlər tərəfindən dəstəklənib.


Konfransda dost ölkədən olan həmkarlar nadir arxiv materiallarında SSRİ-nin qərb regionlarından əhalinin, sənaye müəssisələrinin, idarələrin təxliyəsinin gedişini, onların qəbulunun təşkilini, yerləşdirilməsi və göstərilən dəstəyi, Özbəkistan ərazisində yeni sənaye sahələri, Özbəkistan SSR Elmlər Akademiyası və s. yaradılmasında təxliyə olunanlar və yerli kadrlar arasında əməkdaşlığı nəzərdən keçiriblər.

Xəbər lenti