Xəzər Xəbər

"Rustavi 2"nin keçmiş baş direktoru yeni kanal təsis edib

Dünya | 12:24 • 17 Avqust 2019
"Rustavi 2"nin keçmiş baş direktoru yeni kanal təsis edib

Gürcüstanın müxalif "Rustavi 2” telekanalının keçmiş baş direktoru Nika Gvaramia yeni telekanalın əsasını qoyub.


Bu barədə N.Qvaramia özünün sosial şəbəkə hesabında məlumat verib.


Telekanalın ictimai reyestr sənədini dərc edən sabiq baş direktor bildirib ki, yeni televiziya şirkətinin 51%-i özünə, 49%-i Kaxaber Anjaparidzeyə məxsusdur. Sənədə görə, kanalın baş direktoru Nika Qvaramia, maliyyə direktoru İrakli Nizharadze, direktorları Dimitri Sadzaqlishvili və Tamta Muradashvilidir: "Beləliklə, "Kanal 1" yaradıldı. Mən nəzarət səhminin sahibi və rəhbəriyəm. Tezliklə sərmayəçilər, bina və tezlik haqqında məlumat alacaqsınız".

Xəbər lenti