Xəzər Xəbər

Mövlud Çavuşoğlu: Suriya və İraqda antiterror əməliyyatları davam etdiriləcək

Dünya | 09:38 • 12 Avqust 2019
Mövlud Çavuşoğlu: Suriya və İraqda antiterror əməliyyatları davam etdiriləcək

Türkiyənin təhlükəsizlik qüvvələri Suriya ərazisində və İraqın Şimalında antiterror əməliyyatlarını davam etdirəcək.


Xezerxeber.az xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu ilə bağlı açıqlamasında ifadə edib. Naziri bildirib ki, ABŞ tərəfi Suriyanın Münbiç bölgəsində Türkiyə ilə birlikdə antiterror əməliyyatının keçirilməsinə dair öhdəliyini yerinə yetirməyib. Türkiyə bu məsələ ilə bağlı iradını ABŞ rəsmilərinə çatdırıb. Eyni zamanda, Türkiyə hökuməti Fərat çayının şərqini YPG-PKK terrorçularından azad etməkdə qərarlı olduğunu ifadə edib. Bu proses nəyin bahasına olursa-olsun həyata keçiriləcək.

Xəbər lenti