Xəzər Xəbər

“Lekima” qasırğası Çində 13 nəfərin ölümünə, 16 nəfərin itkin düşməsinə səbəb olub

Dünya | 11:45 • 10 Avqust 2019
“Lekima” qasırğası Çində 13 nəfərin ölümünə, 16 nəfərin itkin düşməsinə səbəb olub

Dağıdıcı "Lekima" qasırğasının Çində törətdiyi fəsadlar nəticəsində 13 nəfər ölüb, 16 nəfər itkin düşüb.


AZƏRTAC Çin Milli Meteoroloji Mərkəzinə istinadla xəbər verir ki, gecə yerli vaxtla 1:45-də Çin sahillərinə çatan qasırğa ölkənin Cıcian vilayətində tələfat və dağıntıya səbəb olub. Küləyin sürəti saniyədə 52 metrə çatıb. Vilayətdə hələ avqustun 9-da ən yüksək səviyyədə - "qırmızı" xəbərdarlıq elan edilib.


Bu il 9-cu qasırğa olan "Lekima" ilə əlaqədar onlarla təyyarə və qatar reysləri təxirə salınıb. Yüzlərlə turist təxliyə edilib. Qasırğa ölkənin Anhuy, Fucien, Ciansu, Cıcian vilayətlərində, habelə Şanxay şəhərində və Tayvan bölgəsində şiddətli yağışlara səbəb olub.

Xəbər lenti