Xəzər Xəbər

2 həftə ərzində 4-cü sınaq: Şimali Koreyadan müharibə nümayişi

Dünya | 15:51 • 6 Avqust 2019
2 həftə ərzində 4-cü sınaq:

Şimali Koreya daha iki yaxınmənzilli raketini sınaqdan keçirib.

Bu barədə Cənubi Koreyanın "Yonhap” xəbər agentliyi informasiya yayıb.

Bildirilib ki, yerli vaxtla saat 05:24 və 05:36-da Cənubi Hvanqae bölgəsindən Yapon dənizinə doğru raketlər göndərilib. 37 km hündürlüyə qədər qalxan raketlər 450 km məsafə qət edərək dənizə düşüb.

Qeyd edək ki, bu 2 həftə ərzində Şimali Koreya tərəfindən həyata keçirilən 4-cü belə sınaqdır. Sınaqların Cənubi Koreya-ABŞ hərbi təlimləri ilə eyni zamanda keçirilməsi diqqət çəkir./publika.az

Xəbər lenti