Xəzər Xəbər

ABŞ-dan QORXUNC ADDIM: dünya 1987-ci ilə qayıdır

Dünya | 10:44 • 3 Avqust 2019
ABŞ-dan QORXUNC ADDIM:

ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə qadağan edilən yerüstü qeyri-nüvə raketlərinin hazırlanmasına başlayır.

"Röyters” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) saytında bildirilir.

Qeyd edilir ki, raket proqramları erkən mərhələdədir, çünki, Amerika tərəfi müqavilə üzrə öz öhdəliklərini son dərəcə dəqiq yerinə yetirirdi. İdarədən bildiriblər ki, ancaq indi raketlərin hazırlanması Rusiyanın hərəkətlərinə səmərəli cavab olaraq tam ölçüdə davam edəcək.

Bundan başqa, Pentaqonun açıqlamasına görə, ABŞ müqaviləsini tərk etdikdən sonra ilk dəfə yeni raket sınaqlarının hazırlığına başlayıb. İlk raket sınağına bu ilin noyabr ayında start veriləcəyi bildirilir.

CNN televiziyasına danışan və adının açıqlanmasını istəməyən yüksək səviyyəli ABŞ rəsmilərindən biri artıq nüvə olmayan raket sistemləri üçün işlərə başlanıldığını bildirib. O, əsas hədəfin Avropada Rusiya ilə mübarizə aparmaq olduğunu qeyd edib.

Qeyd edək ki, müqavilə avqustun 2-də rəsmən qüvvədən düşüb. ABŞ bildirib ki, məhz Rusiya tərəfindən pozulmasına görə müqavilədən çıxıb. Moskva isə dəfələrlə bəyan edib ki, müqavilə çərçivəsində hərəkət edir.

Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi./publika.az

Xəbər lenti