Xəzər Xəbər

Ruhanidən ilginc açıqlama: "ABŞ Zərifdən qorxur, ona görə də..."

Dünya | 12:46 • 2 Avqust 2019
Ruhanidən ilginc açıqlama:

Ağ Ev Məhəmməd Cavad Zərifin diplomatik gücündən qorxur.

İRNA xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

Prezident bildirib ki, Donald Tramp Administrasiyasının Zərifə sankisya tətbiq etməsi məhz bunun göstəricisidir: "Əgər onlar müzakirə aparmaqda ciddidirsə, Zərifdən başqa kiminlə danışacaqlar? Zərif İran diplomatiyasının patronudur və bütün millət adından danışıb müzakirə aparır”.

Qeyd edək ki, Zərif daha əvvəl onun və ailəsinin ABŞ-da mülkü və pulu olmadığını, buna görə də sanksiyalardan zərər görməyəcəyini açıqlamışdı./publika.az

Xəbər lenti