Xəzər Xəbər

Hava limanında nadir hadisə: sərnişinin çamadanından elə bir şey çıxdı ki...

Dünya | 13:27 • 30 İyul 2019
Hava limanında nadir hadisə:

ABŞ-ın Merilənd ştatındakı "Baltimore” Beynəlxalq Hava Limanında nadir hadisə yaşanıb.

Sərnişinlərdən birinin çamadanından raket qurğusu çıxıb.

Amerika ordusunda xidmət etdiyini söyləyən sərnişin raket qurğusunun Küveyt səfərindən xatirə olduğunu deyib.

Aktiv vəziyyətdə olmadığı aşkar edilən raket qurğusu sərnişindən alınıb.

Qeyd edək ki, beynəlxalq aviasiya qaydalarına görə hərbi təchizat və sursat sərnişin təyyarələrinin kabinə və ya yük yerində daşına bilməz./publika.az

Xəbər lenti