"Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”.
Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 zenit raket kompleksinin (ZRK) idxalından sonra ABŞ-ın hərbi təyyarələri olan F-35 proqramından Türkiyənin kənarlaşdırılacağına münasibət bildirərkən belə deyib.
Hulusi Akar bildirib ki, Türkiyənin qeyri-bərabər və ədalətsiz olan bir qərarla layihə və işgüzar əlaqələrdən kənarlaşdırılmasının qanunsuz səbəblərə söykənməsi açıq-aşkar görünür: "Odur ki, əlaqələrimizə zərər verə biləcək addımlardan daşınmağı ABŞ-dan gözləmək strateji ortaq olaraq təbii haqqımızdır”.