Xəzər Xəbər

Putin canlı yayımda suallara cavab verib: Pensiyalar artacaq

Dünya | 12:40 • 21 İyun 2019
Putin canlı yayımda suallara cavab verib:

Rusiya prezidenti Vladimir Putin vaxtaşırı canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandırır. Bir neçə dəqiqə əvvəl dövlət başçısının növbəti canlı yayımı başlayıb. Putin НТВ telekanalında suallara birbaşa cavab verir.

Sualların əksəri məvaciblərin və pensiyaların azlığı ilə bağlıdır. Putin vətəndaşları əmin edir ki, zaman keçdikcə yaxşı olacaq. Dövlət başçısı pensiyalarla bağlı konkret danışıb. O, qocalığa və əlilliyə görə verilən təqaüdlərin artırılacağına söz verib.

Studiyaya zəng vuran pensiyaçılar təkcə məbləğin aşağı olmasından yox, dərmanların yetməməsindən də gileylənib. Putin xəstələrin sayının artdığını etiraf edib. Prezident xüsusilə onkoloji xəstələrin sayındakı artımı nəzərə çatdırıb.

Keçən il Rusiyada orta pensiya 14,1 min rubl olub. Yəni təxminən 220 dollardan söhbət gedir./Bizimyol.info

Xəbər lenti