Xəzər Xəbər

Mursi öldürüldü BMT-yə ŞOK ÇAĞIRIŞ

Dünya | 10:46 • 18 İyun 2019
Mursi öldürüldü

Misirin demokratik seçkilərlə hakimiyyətə gəlmiş ilk prezidenti Məhəmməd Mursi öldürülüb.

Bunu Müsəlman Qardaşlar Təşkilatı iddia edib.

Təşkilat açıqlamasında bildirib ki, Mursi ağır şərtlər altında hücrədə saxlanılıb və müalicə olunmaq kimi ən təbii haqlarından məhrum edilib. Beləliklə, o, ölümə tərk edilib.

Açıqlamada Mursinin ölümü ilə bağlı beynəlxalq araşdırma komissiyasının qurulması tələb olunub. BMT və digər insan hüquqları təşkilatları Misirə dəvət olunub və həbsxanalarda insanları qəsdən öldürmək prosesinə son vermək üçün Misir rejiminə təzyiq göstərilməsi istənilib.

Qeyd edək ki, 2013-cü ildə hakimiyyətdən kənarlaşdırılmış Məhəmməd Mursi casusluqda ittiham olunduğu iş üzrə məhkəmə iclası zamanı ölüb./publika.az

Xəbər lenti