Xəzər Xəbər

Şahzadə neft tankerlərinə hücumlarda İranı ittiham etdi

Dünya | 10:29 • 16 İyun 2019
Şahzadə neft tankerlərinə hücumlarda İranı ittiham etdi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Oman körfəzində neft tankerlərinə hücumlarda İranı ittiham edib.

O, bu haqda "Asharq Al-Awsat” nəşrinə müsahibəsində bildirib.

Şahzadə beynəlxalq cəmiyyəti bu məsələdə qətiyyətli mövqe tutmağa çağırıb.

Xatırladaq ki, Oman körfəzində iyunun 13-də "Front Altair” və "Kokuka Courageous” neft tankerlərinə hücum olub. Gəmilərdə partlayışlar və yanğın olub. Zərər çəkmiş gəmilərin ekipaj üzvləri İran ərazisinə və Amerika esminesinə təxliyyə edilib.

Daha əvvəl ABŞ və Böyük Britaniya hücumlara görə İranı ittiham edib./publika.az

Xəbər lenti