Xəzər Xəbər

85 pasiyentin qatili ömürlük həbs cəzasına məhkum edilib

Dünya | 16:51 • 8 İyun 2019
85 pasiyentin qatili ömürlük həbs cəzasına məhkum edilib

Aşağı Saksoniya federal əyalətinin tibb müəssisələrində işləmiş 42 yaşlı feldşer Nils Höqel beş il ərzində 34-96 yaşlarında 85 pasiyenti qətlə yetirib. Daha 15 hadisədə onun təqsirini sübuta yetirmək mümkün olmayıb. Lakin özünün etiraf etdiyi 85 qətl əyalət məhkəməsi tərəfindən onun (bu canlıya "insan” demək çətindir) ömürlük azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılması üçün kifayət edib.


Əvvəlcə 6 pasiyenti öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmiş Höqel indi daha 79 qətl törətdiyini etiraf edib. Sübuta yetirilməmiş daha 15 qətldə də onun əli olmasına heç kəs şübhə etmir.


AZƏRTAC xəbər verir ki, Almaniya KİV-ləri bu məhkəmə araşdırmasını "əsrin prosesi” adlandırıblar. Höqel İkinci Dünya müharibəsindən sonrakı dövrdə bu ölkənin tarixində ən təhlükəli qatildir. Bu baxımdan o, yalnız nasist canilərdən geri qalır.

Xəbər lenti