Xəzər Xəbər

Nərgiz Təpə adlanan meşəlik ərazidə yanğın baş verib

Dünya | 15:44 • 7 İyun 2019
Nərgiz Təpə adlanan meşəlik ərazidə yanğın baş verib

Türkiyənin Muğla şəhərinin Milas rayonundakı Nərgiz Təpə adlanan meşəlik ərazidə yanğın baş verib.


Xezerxeber.az xəbər verir ki, küləyin təsirindən güclənən alovun söndürülməsinə 6 helikopter, 16 su tankeri və 50-ə yaxın meşə işçisi cəlb olunub.


Meşənin coğrafi baxımdan əlverişsiz şəraitdə olması yanğınsöndürənlərin işində çətinliklər yaradır.


Hazırda yanğını söndürməsi istiqamətində işlər davam etdirilir.

Xəbər lenti