Xəzər Xəbər

NATO təlimləri üçün Litvaya 1500 hərbi texnika gətiriləcək

Dünya | 16:42 • 22 May 2018
NATO təlimləri üçün Litvaya 1500 hərbi texnika gətiriləcək

İyunun 6-dan 9-dək Litva ərazisində NATO təlimlərinin keçirilməsi üçün bu ölkəyə 3000 hərbçi və 1500-dək hərbi texnika gələcək və buradan Şimali Atlantika Alyansının Latviya və Estoniyada təşkil olunacaq təlimlərinə yola salınacaq.


Xezerxeber.az bildirir ki, Litvanın Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, may-iyun aylarında Litvanın ərazisində 6600 əcnəbi hərbçinin iştirakı ilə "Saber Strike 2018” irimiqyaslı regional manevrlər planlaşdırılır. Təlimlərin keçirilməsi ilə bağlı parlamentlə razılığa gəlinib, çünki hökumətin səlahiyyəti Litvaya başqa ölkələrdən 1600 hərbçi buraxılması ilə məhdudlaşır.


Bazar ertəsi Litvada NATO-nun 25 ölkəsindən olan hərbçilərin iştirakı ilə bu qurumun kommunikasiya dayanıqlığı və "Steadfast Cobalt” rabitə sistemi sahəsində ixtisaslaşmış təlimlər başlanıb. Litva NATO üzrə müttəfiqlərini cəlb etməklə, iyun ayında "Perkuno griausmas 2018” - ən iri milli taktik təlimlərini keçirmək niyyətindədir.

Xəbər lenti