Xəzər Xəbər

Puerto Riko dəhşət içində — "İrma"dan sonra "Mariya" qasırğası yaxınlaşır

Dünya | 14:40 • 20 Sentyabr 2017
Puerto Riko dəhşət içində

Atlantik okeanı sahillərini vuran "İrma" qasırğasından sonra "Mariya" qasırğası təhlükəsi ortaya çıxıb.

Qasırğa bu gün Puerto Rikonu şərqdən vuracaq. Puerto Rikonun valisi deyib: "Tariximiz boyu belə bir şey yaşamadıq. ABŞ əraziyə yardım briqadalarını cəlb edib".

Adada 3.4 milyon əhali yaşayır. Xalq sığınacaqlara axışır. Qasırğanın bəzi ərazilərdə ölümcül sel və torpaq sürüşməsinə səbəb olacağı gözlənilir./Olke.az


Xəbər lenti