Gələn həftədən etibarən Rusiyada koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə aparılacaq.
Rusiya Prezidenti Vladimir Putin bu barədə göstəriş verib.
Xezerxeber.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Vladimir Putin gələn həftədən həkim və müəllimlərin koronavirusa qarşı genişmiqyaslı peyvəndlənməsinə başlamaq planını da açıqlayıb.
Rusiya Prezidenti ölkədə artıq 2 milyon dozaya yaxın koronavirus peyvəndinin istehsal olunduğunu bildirib: "Bu, kütləvi də olmasa, genişmiqyaslı peyvəndləməyə başlamağımıza imkan verir. Peyvəndləmə birinci iki risk qrupunda - müəllimlər və həkimlər üzərində aparılacaq”.
Atif