Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya düzəlişlərlə bağlı səsvemənin təxirə salınacağını bildirib.
Xezerxeber.az xəbər verir ki, Rusiya dövlətinin başçısı Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin təxirə salınacağını bildirib. Qeyd edib ki, həkimlərin tövsiyələri, peşəkarların rəyləri nəzərə alınmaqla, ölkədə vəziyyət qiymətləndiriləcək və səsvermənin yeni vaxtı müəyyən olunacaq.