Xəzər Xəbər

İranda koronavirus: hər 10 dəqiqədə...

Dünya | 10:44 • 19 Mart 2020
İranda koronavirus:

İranda hər 10 dəqiqədə 1 nəfər yeni tip koronavirus (COVID-19) pandemiyasının qurbanı olur.

Bunu İranın Səhiyyə, Müalicə, Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur qeyd edib.

Tvitterdən ölkədəki son vəziyyətlə bağlı açıqlama yayan sözçü bildirib ki, hər 1 saatda 50 nəfər virusa yoluxur.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək 17 361 nəfərin yeni tip koronavirusa yoluxduğunu, 1 135 nəfərin öldüyünü, 5 710 nəfərin sağaldığını açıqlayıb./publika.az

Xəbər lenti