Xəzər Xəbər

Türkiyə S-400-lərə görə NATO-dan çıxarılır? - AÇIQLANDI

Dünya | 15:02 • 30 İyul 2019
Türkiyə S-400-lərə görə NATO-dan çıxarılır? - AÇIQLANDI

"Bu məsələ heç bir NATO zirvəsində gündəmə gətirilmədi”.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu S-400 zenit raket kompleksinin tədarükündən sonra ölkəsinin alyansdan çıxarılmaq ehtimalı ilə bağlı danışarkən deyib.

Tailandın paytaxı Banqkokda təşkil edilən 52-ci Cənub-Şərqi Asiya Millətlər Birliyi (ASEAN) Xarici işlər nazirləri toplantısından sonra jurnalistlərə açıqlama verən nazir bildirib ki, NATO ilə Türkiyə arasına heç bir problem yoxdur: "Baş katib və köməkçisinin S-400-lə bağlı verdiyi açıqlamalardan da belə anlaşılır ki, S-400 NATO-ya problem çıxarmır. Türkiyə bir çox sahədə NATO-nun fəaliyyətinə fayda verir. Bu məsələ heç bir NATO zirvəsində gündəmə gətirilməyib”.

Çavuşoğlu S-400-ün Türkiyə-NATO münasibətlərindən çox Türkiyə-ABŞ münasibətlərini maraqlandırdığını bildirib./publika.az

Xəbər lenti