Xəzər Xəbər

"Azəriqaz" işğaldan azad olunmuş ərazilərdə işlərə başladı

Cəmiyyət | 18:01 • 26 Yanvar 2021
"Azəriqaz" işğaldan azad olunmuş ərazilərdə işlərə başladı

"İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı ümumi plan var. Yəni dövlətin ümumi proqramı var. Biz də, o proqramda iştirak edəcəyik”.


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev açıqlamasında deyib ki, ilkin olaraq layihə işlərinə başlanılıb.


Onun sözlərinə görə, burda "Azəriqaz" daxili qaz şəbəkəsinin, paylayıcı sistemin yaradılması ilə məşğuldu. Oraya maqistral qaz kəməri də çəkilməlidir. Hazırda layihə axtraış işləri gedir: "Amma konkret hansısa bir işə başlanma vaxtı, müddəti dəqiq deyə bilmərəm.”


"İlkin olaraq Araz boyunca maqistral xəttin çəkilməsi nəzərdə tutulur və ordan da yuxarı rayonlara, Dağlıq Qarabağa doğru paylanması həyata keçiriləcək. Hazırda mövcud olan boru xətləri inventarlaşdırılıb, bununla bağlı xüsusi komissiyalar yaradılıb, bizim də 6 nəfər əməkdaşımış o komissiyalara daxildi.


Qazın çəkilişi üçün maqistral xətt olmalıdır, tələbat müəyyənləşdirilməlidi, hansı ərazidə sənaye sahələri olacaq, hansı ərazidə daha çox əhali olacaq, bunları bilmədən layihəyə başlanması ilə bağlı dəqiq heç nə deyə bilmərəm”, - deyə qurumun baş direktoru deyib./report

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti