Xəzər Xəbər

"Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq"

Cəmiyyət | 09:12 • 14 Yanvar 2021
"Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq"

Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə davam edir. Son aylar ölkəmizdə virusa yoluxma artsa da, görülən karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını almaqdadır. Ölkədə vaksinasiya tədbirləri həyata keçirildikdən sonra isə, yoluxmaların sayında ciddi azalma baş verəcək.


Xezerxeber.az-ın məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, xəstəlikdən sağalan insanların immuniteti də bu işdə rol oynayır:


"Bir tərəfdən insanların xəstələnərək immunitet əldə etməsi, digər tərəfdən vaksinasiya olunaraq süni immunitet qazanması, sonda kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində xəstələnənlərin sayında xeyli azalmaya səbəb olacaq".

Baş infeksionist qeyd edib ki, bu proseslərdən sonra virus tam aradan qalxmasa da, bugünkü kimi qlobal səviyyədə xəstələnmələr baş verməyəcək: "Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq".

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti