Xəzər Xəbər

Açıq havada koronavirusa yoluxma riski var - Professordan açıqlama

Cəmiyyət | 15:18 • 29 Noyabr 2020
Açıq havada koronavirusa yoluxma riski var -

Çirkli hava koronavirusa yoluxmaya imkan verir.


e-tibb.az xəbər verir ki, bunu Türkiyə Torokal Cəmiyyətinin rəhbəri, professor Həsən Bayram deyib. Onun sözlərinə görə, havada olan çirkli hissəciklər koronavirus daşıyıcısı ola bilər, ona görə də açıq havada da maska ​​taxılmalıdır. Mütəxəssisin sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, qapalı mühitlərdə öskürəndə, yüksək səslə danışanda və güləndə çıxan damlacıqlar ətrafa yayılaraq müəyyən bir müddət havada qalır. Bu istiqamətdə tədqiqatların açıq sahələr üzrə də aparıldığına diqqət çəkən professor qeyd edib ki, havadan toplanan hissəciklərdə müxtəlif göbələklər, bakteriyalar, viruslar və antigenlər tapılıb.


Qeyd olunub ki, 2010-cu ildə Tayvanda aparılan araşdırmada, səhrada toz fırtınaları zamanı hissəciklərdə A qripi virusu olduğu təyin olunub. İtaliyada aparılan bir araşdırmada isə tədqiqatçılar havanı çirkləndirən hissəciklərdə koronavirus aşkarlayıblar.


Bu hissəciklərin xəstəliyə səbəb olduğunun hələ təsdiqlənmədiyini vurğulayan professor deyib ki, alimlər bu yöndə araşdırmaları davam etdirilər. Çünki havadakı hissəciklərdə virusun olması xəstəliyin bu şəkildə yayıla biləcəyi şübhəsini artırır. Virus havadakı hissəciklərdə günəşə məruz qalanda və bir müddət sonra təsirini itirir, ancaq səthlərə yapışa, küləyin təsiri ilə yayıla da bilər. Kimsə 10 dəqiqə ərzində canlılığını itirməmiş həmin hissəciklərlə nəfəs alanda xəstəliyə yoluxa bilər. Xüsusilə insanların çöldə sıx olduğu zaman, əhali çox olan şəhərlərdə, avtobus dayanacaqlarında, küçədə, parklarda bu cür yoluxmaların olması mümkündür.


Mütəxəssis havada yüksək çirklənmə saatlarında çölə çıxmamağı tövsiyə edib. Havada çirkliliyin səhər və axşam saatlarında sıx olduğunu bildirən professor evlərin havasını günorta saatlarında dəyişməyi də tövsiyə edib.


Onun sözlərinə görə, astma, ürək xəstəliyi kimi həssas xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar güclü hava çirkliliyi dövründə açıq havada çox vaxt keçirməməlidir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti