Xəzər Xəbər

Qarabağda olan erməni qoşunları mühasirəyə düşüb Polkovnik

Cəmiyyət | 09:38 • 24 Oktyabr 2020
Qarabağda olan erməni qoşunları mühasirəyə düşüb

"Ermənistana müxtəlif ölkələrdən gizli yollarla daşınan o silahlar da Ermənistanı xilas etməyə yetməyəcək".


Bunu Milli.Az-a açıqlamasında Milli Qəhrəman, ehtiyyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. 


Polkovnik bildirib ki, artıq Azərbaycan Ordusunun silahlarından NATO üzvü olan dövlətlər də almaq istəyirlər:


"Ermənistan nə qədər silah da gətirsə, nə qədər terrorçu, muzdlu da gətirsə, bu, onlara kömək etməyəcək. Kənardan gələn heç vaxt ürəklə döyüşən deyil. O, pul üçün gəlir. Özünü ölümə verib kim üçünsə döyüşən deyil, görüntü yaradır sadəcə. Azərbaycan ordusunun müasir silahları qarşısına heç bir terrorçu, heç bir hansısa silahlı dəstələr, təyyarələrlə daşıdıqları silahlar çıxa bilməz, mümkün deyil. Çünki Azərbaycanın əks-hücum əməliyyatları bu saat NATO dövlətləri, o cümlədən Rusiya kimi nəhəng dövlətlərdə müəyyən fikirlər yaradır ki, artıq öz ordularında bu müasir silahlara qarşı lazımı avadanlıqların olmaması haqqında fikirləşsinlər, bu cür silahları onlar da əldə etsinlər və s. Yəni ki, hər hansı bir terror dəstəsi ilə, hansısa təyyarələrlə daşınan silahlarla bugünkü ruh yükəskliyi ilə, bugünkü birliklə heç cürə bizim ordunun qarşısını almaq mümkün deyil".


Vahid Quliyev onu da qeyd edib ki, Dağlıq Qarabağda olan erməni qoşunları mühasirəyə düşüb:


"Çox yaxın bir müddətdə inşəAllah Laçın Koridoru da əlimizdə olacaq, Kəlbəcər və s. ərazilər də işğaldan azad olacaq. Laçın Koridoru əldə olunandan sonra, o tərəfdən Vardanes-Dağlıq Qarabağ yolu nəzarət altına keçəcək. Cəbrayıl istiqamətinə gedən yollar bağlandı, yoxdur artıq. Demək olar ki, Dağlıq Qarabağda olan erməni qoşunları mühasirə şəraitinə düşüb. Bundan çox güman ki, onların heç xəbəri yoxdur. Ağdam, Ağdərə, Xocavənd istiqamətində olan erməni qoşunlarının bundan heç xəbəri yoxdur. Onlar bilsələr ki, Azərbaycan ordusu artıq Qubadlı istiqamətinə çatıb, onlar çoxdan çıxıb qaçardılar. Onların sadəcə bundan xəbərləri yoxdur. Qalan erməni silahlı birləşmələri isə hazırda mühasirədədirlər. Bu, onların sonu deməkdir".

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti