Xəzər Xəbər

Baş Prokurorluq hərbçinin ölümü ilə bağlı açıqlama yayıb

Cəmiyyət | 14:13 • 10 İyul 2020
Baş Prokurorluq hərbçinin ölümü ilə bağlı açıqlama yayıb

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində hərbi xidmətdə olarkən Alazan çayında suda batması nəticəsində vəfat etmiş Quba rayonu Üçgün kənd sakini Fərdi Yarəliyevin meyiti üzərində guya zorakılıq əlamətlərinin aşkar olunması barədə yalan məlumatlar yayılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.


"Belə ki, Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissəsindən Zaqatala hərbi prokurorluğuna əsgər Yarəliyev Fərdi Namik oğlunun Alazan çayında suda bataraq ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Zaqatala hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa səhlənkar yanaşma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.


Mərhum Fərdi Yarəliyevin meyitinin xarici və daxili mayinəsi zamanı bədən səthində hər-hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməyib.


Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrini həqiqətə uyğun olmayan məlumatları və dəqiqləşdirilməmiş informasiyaların yayılmaması barədə xəbərdarlıq edir", - deyə qeyd olunub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti